Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 54-cü Ayə

Surə 18
Ayə 54

Azərbaycan dilində tərcümə

Həqiqətən bu Qur’anda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.
Əl-Kəhf ‏ surəsi , 54-cü ayə
Əl-Kəhf ‏ surəsi 54-cü ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 54-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 54

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Əlbəttə, Biz bu Quranda xalq üçün müxtəlif məsəllər çəkdik. İnsan isə hər şeydən öncə höcətləşəndir.”
Nöqtələr
"Sərrəfna” dedikdə müxtəlif bəyanlar mənası anlaşılır. Yəni, Biz təsir göstərə biləsi hər bir dil və məntiqlə onlarla danışdıq. "Cidal” sözü isə üstünlük əldə etmək istəyi ilə müşayiət olunan danışıq mənasındadır.
İnsan ilahi ruhu, mələklərdən üstünlüyü, mələklərin ona səcdəsi, varlıq aləminə hakimliyi kimi müsbət səciyyələrlə yanaşı, bir çox mənfi səciyyələrə də malikdir. Quran ayələrində bu ayələrə işarə olunmuşdur. Zalımlıq, cahillik, höcətkeşlik bu səciyyələrdəndir.
Bildirişlər
1. Xalqın doğru yola yönəlməsi və tərbiyəsi üçün təkrar, rəngarənglik və məsəl çəkmək zəruri və faydalı üsuldur.
2. Quranın məqsədi bütün xalqın hidayətidir. Quran məsəlləri hamının anlaması üçündür.
3. Allah Quran vasitəsi ilə höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.
4. Quranda dəvət və hidayətin hər bir prinsipi üçün məsəl çəkilmişdir.
5. İnsanda qəbul ruhiyyəsi olmasa, məsəllər çox çəkildikcə o daha çox höcət edəsidir.
6. İnsan rəngarəngliyə və höcətə meyilli mövcuddur.