Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 56-cı Ayə

Surə 18
Ayə 56

Azərbaycan dilində tərcümə

Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Qur’anı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
Əl-Kəhf ‏ surəsi , 56-cı ayə
Əl-Kəhf ‏ surəsi 56-cı ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən və (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi və qorxudulduqları şeyi məsxərəyə qoydular.”
Bildirişlər
1. İlahi sünnələrdən, peyğəmbər risalətindən, xalqın reaksiyasından və inadkar qövmün aqibətindən xəbərdarlıq peyğəmbər üçün bir növ təsəllidir.
2. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, müjdə və xəbərdarlıqdır.
3. Allah xalqa höccəti tamamlayır, yetərincə dəlil gətirir. Din xalqa məcburi qəbul etdirilmir.
4. Kafirlərin məqsədi haqqın məhvi, bu məqsədə çatmaq üçün vasitələri höcət və istehzadır.
5. Haqla batil arasında tarix boyu müharibə olmuşdur.
6. Kafirlər haqqın qarşısını batil vasitəsi ilə almaq istəyirlər. Onlar anlamırlar ki, batil müvəqqətidir.(Təfsire-Nurus-səqəleyn”.)
7. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları gerçəklikdir və kafirlər onun məhvi üçün səy göstərirlər.
8. İlahi ayə və hökmlərin məsxərəyə qoyulması kafirlərin həmişəki işidir.