NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Rəbbin bağışlayan və rəhmət sahibidir. Əgər xalqı onların əməllərinə görə cəzalandırsa, onlara daha tez əzab göndərər. Amma onlar üçün vəd olunmuş məqam var. Allahın lütfü olmasa, heç vaxt geriyə dönüş yolu tapmazlar.”
Nöqtələr
"Məvil” dedikdə sığınacaq, qurtuluş vasitəsi mənası başa düşülür.
Allah həm ədalətlidir, həm də bağışlayan. O, ədaləti əsasında günahkarı cəzalandırmalıdır. Amma mərhəmətli olduğundan insana tövbə üçün möhlət verir. Tövbə etməyən insan isə ilahi ədalət əsasında cəzalandırılır.
Bildirişlər
1. Bağışlama və mərhəmət ilahi rübubiyyət şənindəndir və tərbiyə şərtidir.
2. Allah həm çox bağışlayandır, həm də geniş rəhmət sahibidir.
3. İlahi qəhr-qəzəb və əzab insanların öz əməllərinin nəticəsidir.
4. İnsanın məqsədli şəkildə yol verdiyi günahlar daha çirkindir və bu günahların əzabı daha ağırdır.
5. Günahkarlara möhlət vermək ilahi sünnədir.
6. Möhlət vermək və əzabı təxirə salmaq ilahi lütf nişanələrindəndir.
7. Allahın verdiyi möhlət günahkarları qürrələndirməsin. Çünki bir gün möhlət başa çatar, əzab anı yetişər və heç bir qurtuluş yolu qalmaz.