Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 59-cu Ayə

Surə 18
Ayə 59

Azərbaycan dilində tərcümə

O cəmiyyətləri (Nuhun, Hudun, Salehin və Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik və (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq.
Əl-Kəhf ‏ surəsi , 59-cu ayə
Əl-Kəhf ‏ surəsi 59-cu ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 59-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 59

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Zülm etdikləri vaxt həmin abadlıqların əhlini həlak etdik. Onların məhvi üçün zaman müəyyənləşdirdik.”
Bildirişlər
1. Tarixdən və keçmişdəkilərin başına gələnlərdən ibrət götürmək lazımdır.
2. İnsanların zülmə qapılaraq yol verdiyi əməllər bədbəxtlik və fəlakət rəmzidir.
3. Mədəniyyətlərin, cəmiyyətlərin süqutu Allahın iradəsinə tabedir.
4. İlahi qəhr-qəzəb hikmətə əsaslanır və onun üçün xüsusi vaxt müəyyənləşmişdir.
5. Sitəmkarları rifah və asayiş içində gördükdə məyus olmayın. Onlara da möhlət verilmişdir.