NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Qorxu var ki, əgər bu hədisə (Qurana) iman gətirməsələr, sən onların ardınca özünü həlak edəsən!”
Nöqtələr
"Əsəf” dedikdə hüznün, qəm-qüssənin ən şiddətli dərəcəsi başa düşülür.
"Ləəlləkə baxiun nəfsəkə əla asarihim” cümləsi Peyğəmbərin (s) son dərəcə canıyananlığını göstərir. Peyğəmbər (s) ən əziz adamlarından ayrılan və onların arxasınca həsrətlə baxan şəxsə oxşadılır.
Bildirişlər
1. Başqalarının azğınlığına canıyananlıq və təəssüf bir dəyərdir. Peyğəmbər (s) ən canıyanan fərd olmuşdur.
2. Rəhbər xalqın əqidə və əməlinin islahı barədə düşünməli və bu istiqamətdə çalışmalıdır.
3. Quranda yeni söz və bildiriş var. Təbliğatçının da öz təbliğində yenilikçiliyi olmalıdır. ("Hədis” sözü yeni mənasını bildirir.)