Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 61-ci Ayə

Surə 18
Ayə 61

Azərbaycan dilində tərcümə

Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
Əl-Kəhf ‏ surəsi , 61-ci ayə
Əl-Kəhf ‏ surəsi 61-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 61-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 61

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Onların ikisinin qovuşduğu məhəllə çatdıqları vaxt (yol üçün götürdükləri) balığı unutdular. Balıq da suya sıçrayıb getdi.”
Nöqtələr
"Musa” adı Quranda 136 dəfə çəkilmişdir. Bütün məqamlarda həmin ülul-əzm peyğəmbər nəzərdə tutulur.
Qulam və oğul əvəzinə gənc mənasını bildirən "fəta” sözünün işlənməsi ədəb, mehribanlıq və yaxşı çağırış nişanəsidir. Ayədə "fətah” deyərkən həzrət Musanın səfər yoldaşı Yuşə ibn Nun nəzərdə tutulmuşdur.("Təfsire-Nurus-səqəleyn”.)
70 ildən 80 ilədək çəkən uzun illər "huqub” sözü ilə ifadə olunmuşdur.
Təfsir və rəvayətlərdə Musa ilə həzrət Xızrın əhvalatı bəyan olunur. Buxarinin "Səhih” kitabında İbn Abbasdan belə nəql olunur: Ubəyy ibn Kəb nəql edir ki, Peyğəmbər (s) buyurdu: "Bir gün həzrət Musa xütbə oxuduğu vaxt Bəni-İsrail ona sual verdi ki, ən alim şəxs kimdir? Həzrət Musa buyurdu: "Mənəm.” Həmin məqamda Allah Musanı məzəmmət etdi ki, nə üçün Allahın daha yaxşı bildiyini qeyd etməyib və həzrət Xızrın daha alim olduğunu deməyib? Musa dedi: "Xızr haradadır?” Xitab oldu: "Məcməul-Bəhreyn məntəqəsində. Həmin yeri tapmaq üçün səbətə bir balıq at və hərəkətə başla. Harada səbəti boş görsən, bil ki, orada həzrət Xızrla görüşə bilərsən.”("Casiyə”, 64; "Səcdə”, 14. )
Musa səbətə bir balıq atıb yoldaşına dedi: "Harada səbəti boş görsən mənə de.” Musa və yoldaşı hərəkətə başladı. Nəhayət, dənizin kənarına çatdılar. İstirahət üçün bir daşın kənarına çəkildilər. Musa yuxuda olduğu vaxt balıq hərəkətə gəlib dəryaya atıldı. Musanın yoldaşı, yuxuda olduğu üçün Musanı çağırmadı. Musa oyandıqdan sonra isə balığın suya atıldığını deməyi unutdu. Sonra yollarına davam etdilər. Bir gün ərzində yol getdikdən sonra Musa dedi: "Bu yol bizi yordu, yeməyə bir şey gətir.” Musanın yoldaşı həmin vaxt balığın suya atıldığını xatırlayıb əhvalatı Musaya danışdı. Musa dedi: "Balığın atıldığı yerə qayıtmalıyıq, bizə vəd olunmuş yer oradır.”
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşdur: "Musanın yoldaşı duzlanmış balığı dənizin kənarına apardı ki, onu yusun. Balıq onun əlində hərəkətə gəlib suya atıldı.”("Şuəra”, 21. )
Belə bir fikir var ki, "Məcməul-Bəhreyn” məntəqəsi iki peyğəmbər dəryasının görüşdüyü yerdir. Musa zahiri, Xızr isə batini hikmət dəryası idi.
Peyğəmbərlər məsum olduqlarından və nəyisə yaddan çıxarmadıqlarından, balığın yaddan çıxması dedikdə onun bir kənara qoyulması nəzərdə tutulur. Bəzi ayələrdə Allaha münasibətdə də belə təbirlər işlədilir.("Qəsəs”, 30. ) Əslində həmin iki şəxs balıq məsələsini unutmamışdı və özləri ilə balıq götürmüşdü. Sadəcə Musa yatdığından məsələdən xəbər tutmamış və yoldaşı ona bu barədə danışmağı unutmuşdu.
Quranda tez-tez rastlaşırıq ki, heyvanlar hansısa xəbər üçün əlamət olur. Habilin qarğanın təlqini vasitəsi ilə dəfni, Səba əhlinin Hud-hud (şanapipik) vasitəsi ilə xəbər tutması, iki peyğəmbərin görüşü əhvalatından balığın dirilməsi, peyğəmbərin qorunmasında hörümçəyin rolu, Kəhf səhabələrinin it tərəfindən qorunması deyilənlərə misal ola bilər.
Bildirişlər
1. Musanın Xızrla görüş və elm əldə etməklə bağlı çalışmaları qeyd olunasıdır.
2. Səfərdə yoldaşımız olsun.
3. Gözəl ünvan seçimi İslamın tövsiyəsidir.
4. Hicrət və elm əldə etmək üçün səfərin çoxlu tarixi keçmişi var.
5. Elm istəyində olan oturub alimin yolunu gözləməməli, onun sorağınca getməlidir. Yəni alimə yetişənədək axtarışdan əl çəkməmək!
6. Elm və alim axtarışına bütün ömrü sərf etməyə dəyər.
7. Elm təhsilinin sonu yoxdur. Musa kimi bir peyğəmbər də elm əldə etmək üçün uzun səfərə hazır olmalıdır.
8. Əsil yoldaş səfərin sonunadək insandan ayrılmır.
9. Dəniz və dənizkənarı mənəvi təlimlər və görüşlər üçün münasib məhəl ola bilər.