NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Həmin gənc) dedi: "Yadındadırmı, qayaya sığındığımız vaxt mən balığı unutdum. Onu mənə yalnız şeytan unutdurdu. Qəribədir, balıq dənizdə öz yolunu tutdu.”
Nöqtələr
Sübh yeməyi "ğəda”, axşam yeməyi "əşa” adlanır.
İmam Sadiq (ə) bildirir ki, həzrət Musa üç dəfə aclıqdan şikayətləndi: Şüeybin qızlarına su gətirib onlara kömək edəndə, (bir qırağa çəkilib dedi: "Pərvərdigara! Mənə nazil edəcəyin xeyirə möhtacam); bu ayədə göstərilən məqamda; kənd əhli onların yemək istəyinə müsbət cavab verməyəndə (Musa Xızra etiraz etdi ki, nə üçün bizə yemək verməyənlərə müftə iş görürsən?);
Musa və Xızrın görüşəcəyi yerin nişanəsi vardı və bu nişanə həmin yerdə balığın dəryaya sıçraması idi. Həmin yerə çatdıqda balıq dəryaya atıldı, amma Musanın yoldaşı bu barədə Musaya bir söz deməyi unutdu. Bir qədər yol getdikdən sonra əhvalatı ona danışdı. Yenidən geri qayıtdılar və Musa həmin yerdə Xızrla görüşdü.
Həzrət Musanın 4 səfəri olmuşdur: "Hərb səfəri”(Əraf”, 143. ) "Tələb səfəri”;("Təfsire-kəşful-əsrar.”) "Türəb səfəri”;("Təfsire-Əl-mizan”. ) "Təb səfəri”;(Təfsire-Əl-mizan”.; "Təfsire-nümunə”; "Təfsire-dürrül-mənsur”. )
Bildirişlər
1. Yol yoldaşı və azuqə səfər ehtiyaclarındandır. (Kəhf səhabələrinin də nağd pulu vardı.)
2. Elm və təhsil, mərifət, amallara doğru hərəkət yolunda peyğəmbərlər də çətinliklərlə üzləşmişlər.
3. Şeytanlar Musa və Xızrın görüş və yoldaşlığını istəmədiyindən əhvalatı danışmağı Musanın yoldaşına unutdurdular.