NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Sonra (həmin yerdə) Öz tərəfimizdən böyük mərhəmət əta etdiyimiz bəndəmizi tapdılar. Biz ona Öz elmimizdən öyrətmişdik.”
Nöqtələr
İmam Sadiq (ə) buyurur: "Musa şəriət elmini Xızrdan daha yaxşı bilirdi. Digər sahələrdə Xızr Musadan daha agah idi.("Bihar”, c. 86, s. 18. )
Ayədə "əbd” (bəndə) deyərkən həzrət Xızra işarə olunmuşdur. O, müəyyən dəlillərə əsasən peyğəmbər olmuşdur:
a) Musa kimi peyğəmbərə ustad olan şəxs hökmən peyğəmbər olasıdır.
b) "Əbdina”, "əbdihi”, "ibadina” təbirləri Quranda adətən peyğəmbərlərlə bağlı işlədilir.
v) Xızr Musaya dedi: "Məndən gördüyün və səbir etmədiyin bütün qeyri-adi işlər mənim yox, Allahın əmri və rəyi əsasında idi.”
q) Musa Xızra söz verdi ki, mən sənin göstərişinə zidd bir iş görmərəm. Ülul-əzm peyğəmbərin nə üçün-niyəsiz təslimçiliyi, qarşısında dayanan şəxsin məsum və peyğəmbər olduğunu göstərir.
d) Qeyri-adi elmlər peyğəmbərlərə məxsusdur.
e) Bəzi təfsirçilər haqqında danışılan tərəfə aid edilən "Rəhmət” sözünü peyğəmbərlik kimi açıqlamışlar.
Bildirişlər
1. Bəzi elmləri səy, təcrübə və təlim yolu ilə əldə etmək olmur. Bu sayaq elmləri əldə etmək üçün "lədunni”–ilahi elmə ehtiyac var.
2. Əziyyət və axtarışın sonu tapıntı və müvəffəqiyyətdir.
3. Cəmiyyətdə yol göstərən Xızrlar tapılır. Əsası axtarmaq, tapmaq və şagirdlik etməkdir.
4. İnsanları Allaha bəndəçiliyə doğru dəvət edən kəs həm özü, həm də onun ustadı həqiqi bəndə olmalıdır.
5. Yalnız bəndəlik sayəsində ilahi rəhmət və elm əldə etmək olar.
6. Hər bir bilikdən də üstünü həmin şeyi daha yaxşı bilməkdir. Demək, elmimizlə qürrələnməməliyik.