Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 70-cu Ayə

Surə 18
Ayə 70

Azərbaycan dilində tərcümə

Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
Əl-Kəhf ‏ surəsi , 70-cu ayə
Əl-Kəhf ‏ surəsi 70-cu ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Xızr) dedi: «Əgər mənim ardımca gəlirsənsə, özüm bir söz deməyincə məndən heç nə haqqında soruşma.»”
Nöqtələr
Ötən ayələrdə bəyan olunduğu kimi, həzrət Musa ülul-əzm peyğəmbərlərdən olsa və şəriət elmini bilsə də, digər elmlərdə həzrət Xızr ondan üstün idi.
Bildirişlər
1. Tərbiyəçi və müəllim öz şagirdlərinin tutumundan xəbərdar olmalıdır.
2. Elmi məsuliyyətlər həvalə olunarkən müsbət və mənfi cəhətlər nəzərə alınmalıdır.
3. İnsanların məlumat tutumu fərqlidir. Hətta Musada Xızrın işlərinə dözüm yox idi.
4. Səbir olmadan elmi təkamül əldə oluna bilməz.
5. Bir çox höcətləşmələrin və kin-küdurətlərin səbəbi qarşı tərəfin düşüncə və məqsədindən xəbərsizlik olur.
6. Agahlıq və elmi əhatə insanın tutumunu və səbrini artırır.
7. Səbir və ilahi lütflə kamala çatmaq olar.
8. Gələcəkdə görəcəyimiz hər bir işdən öncə Allahın istəyini yada salaq və "inşaəllah” söyləyək.
9. Xızr məsum idi. Çünki Musa ona itaətsizlik göstərməyəcəyini əhd etdi.
10. Müəllimə itaət və təhsil yolunda səbir elmə çatmağın qaydası və şərtidir.
11. Elmi və tərbiyəvi işlərdə öhdəçilik götürmək caizdir.
12. Sual verməyin vaxtı var və bu işdə tələsmək olmaz.
13. Peyğəmbərlərin bütün işləri dəlil, məntiq və hikmətə əsaslanmışdır.
14. Ustad və tərbiyəçi öz şagirdlərinin şübhələrini aradan qaldırmalıdır.