NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Xızr) dedi: «Demədimmi ki, sən heç vaxt mənimlə yoldaşlığa dözməzsən?»”
Nöqtələr
"Xərq” fəsad səbəbi ilə və mütaliə etmədən bir şeyi parça-parça etmək mənasını bildirir. "İmr” dedikdə mühüm, təəccüblü və ya çox çirkin iş mənası anlaşılır.
Bildirişlər
1. Təhsildə vaxtı əldən verməyin.
2. Bəziləri sonadək yoldaşlıq etmir. Musanın ilkin yoldaşı sonadək onunla getmədi və Musa həzrət Xızrla ikilikdə yola düşdü.
3. Elm zaman, məkan və hər hansı xüsusi vasitə ilə məhdudlaşmır. (Dənizdə, gəmiyə süvari halda, səfərdə də oxumaq olar.)
4. Bir şəxsin elm və hikmətini qəbul etdikdə onun bizə təəccüblü görünən işlərinə də sükutla yanaşmalıyıq.
5. Bəzən bir şeyin məhvi təhsil üçün şərt olur.
6. Təhlükə baş verdikdə hamı özünü düşünürsə, peyğəmbərlər xalqa görə narahat olur.
7. Gəminin deşilməsi zahirdə başqasının malını korlamaq idi. Musa zahirdə dəlili olmayan bu işə görə etiraz etdi.