NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Musa) dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, mənimlə yoldaşlıq etmə. Həmin halda, şübhəsiz, üzrün olacaq. (Haqqın olacaq ki, məndən uzaqlaşasan.)»”
Nöqtələr
Peyğəmbər (s) buyurur: "Əgər Musa səbir etsəydi, Xızrın daha qəribə işlərini müşahidə edərdi.”("Təfsire-Nurus-səqəleyn”.)
Bildirişlər
1. Allahın övliyalarının elmə yiyələnmək dözümü və tutumu eyni deyil.
2. Xasiyyətləri müəyyənləşdirmək üçün üç dəfə sınamaq və möhlət vermək kifayətdir.
3. Əgər bir şəxslə fikir ayrılığımız olsa və bir-birimizi dərk etməsək, müqavimət göstərmədən ayrılaq.
4. Musanın etirazlarının səbəbi Xızrın işlərini anlamaması idi.
5. Öz əməllərimizə münasibətdə insaflı rəy verək. Musa səbirsizliyin məsuliyyətini öz öhdəsinə götürdü.
6. Bir şəxsdən ayrılanda ədəb çərçivəsindən çıxmayaq.
7. Hər ayrılığı kin-küdurət, təkəbbür nişanəsi saymaq olmaz.