Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 78-ci Ayə

Surə 18
Ayə 78

Azərbaycan dilində tərcümə

Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm.»
Əl-Kəhf ‏ surəsi , 78-ci ayə
Əl-Kəhf ‏ surəsi 78-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 78-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 78

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Xızr) dedi: «Bu dəfə səninlə mənim aramda ayrılıq vaxtı çatdı. Tezliklə səni səbir edə bilmədiyin işlərin sirrindən agah edəcəyəm.»”
Nöqtələr
"Təvil” sözü qaytarmaq mənasını bildirir, məqsədə çatan və hər hansı sirrin üzərindən pərdəni götürən iş "təvil” adlanır.
Xızr Musadan onun təklifi ilə ayrıldı. Musa öz sualları, etirazları və divarın bərpasında Xızrı tək qoyması ilə bu ayrılığa zəmin yaratdı.
Musadan həyatının ən ağır dəqiqəsi haqqında soruşdular: "O dedi: "Fironçulardan xeyli böhtan eşitsəm, Bəni-İsrailin bəhanələrindən cana yağılsam da, mənim üçün ən ağır an Xızrın "ayrılıq vaxtı çatdı” dediyi andır.("Təfsire-Nurus-səqəleyn”.)
Bahar yağışı tək axsın göz yaşım,
Daş da ağlar görsə ayrılıq quşun.
Bildirişlər
1. Vüsal qədrini bilməyən insan fərağa, ayrılığa düçar olacaq.
2. Yoldaşların kiçik məzəmmətlərinə görə onları əldən verməyək. Xızr bir neçə mərhələdən sonra ayrılıq qərarına gəldi.
3. Başqalarının zehnini bacardıqca tez şübhələrdən təmizləyin.
4. Hikmət təlim etməklə insanların tutumunu artıraq.
5. Bəzən zahiri hadisələrin batini yönümü də olur.