Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 8-ci Ayə

Surə 18
Ayə 8

Azərbaycan dilində tərcümə

Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.
Əl-Kəhf ‏ surəsi , 8-ci ayə
Əl-Kəhf ‏ surəsi 8-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 8-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 8

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Biz (sonda) onun üzərində olanı torpaq və otsuz-ələfsiz yer şəklinə saldıq.”

Nöqtələr
"Səid” dedikdə torpaq, mütləq yer üzü başa düşülür. "Curus” isə otsuz yerdir.
Allah xalqın sınağı ilə bağlı olan "linəbluvəkum” sözünü "cəəlna” və "cailunə” sözləri arasında yerləşdirmişdir. Onlardan biri yaşıl örtüklü yerə, digəri otsuz-ələfsiz sahəyə aiddir. İşarə olunur ki, xalq yaşıllıqla quraqlıq, şadlıqla qəm arasında sınağa çəkilir. Ən mühümü isə insanın əməli və qalib gəlməsidir.
Rəvayətlərdə bildirilir ki, «gözəl əməl» dedikdə, qiyamət azuqəsi olan ağıllı və təqvalı iş nəzərdə tutulur.(Təfsire-Məcməül-bəyan”. "Təfsire-Nurus-səqəleyn”. "Təfsire-kəşful-əsrar”. "Təfsire-Dürrül-Mənsur”. )
Bildirişlər
1. Kafirlərin iman gətirməməsinin səbəbi onların dünya zirvələrinə uymasıdır.
2. Bağlar, güllər, meyvələr, heyvanlar, sular, mədənlər, rənglər, qoxular, bir sözlə yer üzündə nə varsa yerin zinətidir. İnkişaf etmiş insanlar üçün isə iman əsl zinət və yaraşıqdır.("Kafi”, c. 8, s. 398; "Təfsire-Nurus-səqəleyn”. )
3. Zinətlər sınaq vasitəsidir. Zinətlər vasitəsi ilə kimin aldanıb özünü satması, kimin əqvalı olub onları saleh əməl üçün müqəddimə qərar verməsi müəyyənləşdirilir.
4. Sınaq prinsipi insanın ixtiyar sahibi olduğunu göstərir. (O zaman sınaqdan danışmaq olar ki, insanda seçim imkanı olsun.)
5. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.
6. Gül-çiçəyin, təbiətin gözəlliyi bizi qürrələndirməsin. Hamı torpaqla bir olasıdır.