NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Bu səbəbdən də) rəblərinin onlara bu övlad əvəzində daha pak və daha üstün birini verməsini istədik.”
Nöqtələr
"İrhaq” dedikdə bir insanı yerinə yetirilməsi çətin və üzücü işə vadar etmək nəzərdə tutulur.
Hədisdə deyilir: Allah həmin oğlanın əvəzində mömin ata-anaya saleh bir qız verdi və həmin qızdan dünyaya yetmiş peyğəmbər gəldi.(Təfsire-Məcməül-bəyan”. )
Bəzən övlad valideynin azğınlıq və küfrünə səbəb olur. Bəzən də valideyn öz övladının pak və tövhidi fitrətini küfr və azğınlığa sürükləyir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir övlad fitri olaraq allahşünas və mömindir. Yalnız ata-ana onu dəyişir.”("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Allahın övliyaları boş və mənasız işlər görmür. Əlbəttə ki, onların işi zahirdə mənasız görünə bilər.
2. Övladın bədbəxtliyindən, fəsadçıllığından və azğınlığından onun ölümü daha üstündür.
3. Allahın imanlı ata-anaya xüsusi diqqəti var.
4. Bəzən cismi düşüncəyə fəda etmək lazım gəlir. Ata-ananın imanını qorumaq üçün övladı öldürmək zəruri olur.
5. Fitnə-fəsadı öncədən görüb, kökünü qazmaq lazımdır.
6. Tüğyan və azğınlıq küfr üçün zəmindir.
7. İlahi insanların iradəsi Allah iradəsidir.
8. Allahın övliyaları həm məsuliyyət daşıyır, həm də xalqın gələcəyi haqqında düşünürlər.
9. Bəzən möminin çətinliyə salınmasının səbəbi onun iman və əqidəsinin qorunması olur.
10. Əgər Allah mömindən bir şey alsa, əvəzində daha yaxşısını verər.
11. Qeyri-saleh övladın ölümü və onun yerinə saleh övladın əta olunması Allahın rübubiyyət cilvəsindəndir.
12. Övladların paklığı və salehliyi yetərli deyil. Onlar həm də ata-anaları ilə mehriban olmalıdırlar.
13. Əsas məsələ övladın oğlan və ya qız olması yox, paklığı və valideynə məhəbbətidir.