NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"O, səbəb ardınca getdi (öz səfərinə başladı).”
Nöqtələr
Həzrət Əlinin (ə) Bəlxli gəncə öyrətdiyi duada ("Məşlul” duası) oxuyuruq: "Ey Zül-Qərneyni sitəmkar padşahlara qalib edən Allah!” Həzrətdən nəql olunmuş bir hədisdə onun dilindən bildirilir ki, Zül-Qərneyndə padşahlıq və peyğəmbərlik nişanəsi vardı, haqqı batildən seçəcək həddə hər şeydən xəbərdardı, Allah şəhərləri və qəlbləri ona təslim etmişdi.(Həcc”, 41. )
Zül-Qərneyn və Süleyman yer üzünə hakim olmuş iki mömin şəxs idi. Buxtun-Nəsr və Nəmrud isə əksinə, yer üzündəki kafir hakimlərdən idilər.(Ənam”, 6. )
Allah Öz övliyalarına ilahi yolda istifadə üçün qüdrət verir. Həzrət Süleyman, Həzrət Yusif və bəzi möminlər bu qəbildəndir. Quran Allahın yaxşı bəndələri haqqında buyurur: "Onlar imkan və qüdrət verdiyimiz zaman namazı bərpa edən, zəkat ödəyən, yaxşılığa çağırıb, pisliyə qadağan qoyan kəslərdir.”("Təfsire-Nurus-səqəleyn”. ) Öz qüdrətindən batil yolda istifadə edənlər isə məzəmmət olunur və onların haqqında buyurulur: "Öz qüdrət və hakimiyyətlərindən sui-istifadə etdikləri üçün sizdən öncə çoxlarını məhv etdik."("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Allah bütün varlıq aləmi və təbii amillərə hakimdir. O, istədiyinə imkan və qüdrət verir. Amma insan xoşniyyət və xoş tədbir sayəsində düzgün bəhrələnə bilir.
2. Bəzən Allah müəyyən şəxslərə bütün imkanları verir.
3. Təbiət nizamı səbəb və səbəbkar nizamıdır. Hər bir hadisənin səbəbi var və bu səbəbi müəyyənləşdirib sorağınca getmək lazımdır. Allahın xalis bəndələri də təbii səbəb və imkanlar vasitəsi ilə haqq məqsədləri izləməlidirlər.
4. İmkan və qüdrətdən də mühümü onlardan düzgün istifadə etməkdir.
5. Zül-Qərneyn həm imkanlara malik idi, həm də səbəblərdən istifadə qaydalarını bilirdi.