Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 86-cı Ayə

Surə 18
Ayə 86

Azərbaycan dilində tərcümə

Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan.»
Əl-Kəhf ‏ surəsi , 86-cı ayə
Əl-Kəhf ‏ surəsi 86-cı ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 86-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 86

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Elə ki, günəşin qürub yerinə çatdı, onun qara və palçıqlı çeşmədə batdığını gördü. Onun yanında bir qövm də tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onların arasında yaxşı yolu tut (hamısını bağışla).»”
Nöqtələr
Pis qoxulu qara və isti palçıq "həmiə” adlanır.
Bildirişlər
1. Peyğəmbərlər və Allahın övliyaları problemlərin həlli və xalqın qurtuluşu üçün təkcə dua ilə kifayətlənməz, şəxsən qiyam qaldırardılar.
2. Agah və məqsədli səyahət bəyənilmişdir.
3. Zül-Qərneyn peyğəmbər idi. Çünki Allah ona müraciət edir.
4. Bəzən müdirlər və rəhbərlər üçün səlahiyyətlər müəyyənləşdirmək lazım gəlir. (Allah Öz övliyalarına müəyyən ixtiyarlar verir.)
5. Qərbdə küfrün uzun keçmişi var.
6. Peyğəmbərlər xalqdan kənarda dayanmamalıdırlar.