Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 88-ci Ayə

Surə 18
Ayə 88

Azərbaycan dilində tərcümə

«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq)
Əl-Kəhf ‏ surəsi , 88-ci ayə
Əl-Kəhf ‏ surəsi 88-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 88-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 88

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"İman gətirib saleh iş görənin isə üstün mükafatı var və onun üçün Öz tərəfimizdən bir asanlıq müəyyənləşdirəcəyik.”
Bildirişlər
1. Küfr və şirk zülmdür. İman qarşısında küfr əvəzinə zülm sözü işlədilmişdir.
2. İslam hökumətinin müşriklərlə sərt davranmaq haqqı var.
3. Zül-Qərneyn sitəmkarların tövbə edəcəyinə ümid bəsləyirdi. Ona görə də cəzaya əl atmağa tələsmirdi.
4. Dünya əzabı axirət əzabına mane olmur.
5. Dünya cəzası məlumdur, axirət əzabı isə müəyyənləşməyib.
6. Yaxşılar və pislərlə eyni cür davranmaq olmaz. İstər fərdi, istər dövləti baxımdan bu prinsip əsas götürülür.
7. Zül-Qərneyn ilahi əmrlərin icraçısı idi. Ötən ayədə ona yaxşı davranış əmr olunur.
8. İlahi rəhbərlər xalqa asan qanunlarla hakimlik etməlidirlər.
9. Sitəmkarlarla sərt, möminlərlə mülayim rəftar ilahi rəhbərlərin üslubudur.
10. İlahi rəhbər və hakimin vəzifəsi ədalətin icrası, zülmlə mübarizə və ictimai məhdudiyyətləri müəyyənləşdirməkdir.
11. Təşviq və mükafatlandırmada cürətli olun. Cəzalandırmağa isə tələsməyin. "Sin” hərfi sürət, "sovfə” sözü isə təxir nişanəsidir.