NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altında idi.)”
Nöqtələr
Zül-Qərneyn qərbə səfərindən və sahil əhli arasında ədalət nizamını bərqərar etdikdən sonra şərqə üz tutdu.
Günəşdən başqa örtüyün olmaması dedikdə ibtidai, heç bir imkana malik olmayan həyat tərzi anlaşılır. İmam Sadiq (ə) buyurur: "Onlar nə bənnalıq, nə də dərzilik bacarırdılar. Günəşlə onların arasında heç bir maneə yox idi və surətləri qaralmışdı.”("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Saleh və məsuliyyətli insanlar çalışqan və əzmkardırlar.
2. İlahi insanlar bütün imkanları ilə məhrumların nicatı və ədalətin bərpası yolunda hərəkət edirlər.
3. İlahi insanların səfərləri və bu səfərlərin bərəkətləri haqqında söhbət dəyər və ibrətdir.
4. İstər şərq, istər qərbdə ən mühüm məsələ xalqın hidayəti və ona xidmətdir.
5. Allah fərdlərdən və onlara əta etdiyi xüsusi nemətlərdən tam agahdır. (Zül-Qərneynin səfərləri, rastlaşdığı hadisələr, xalqla söhbətlərinin bəyanı Allahın elmi əhatəsini göstərir.)