Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 94-cü Ayə

Surə 18
Ayə 94

Azərbaycan dilində tərcümə

Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yə’cuc və Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
Tam Surə

Əl-Kəhf ‏ surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yəcuc və Məcuc (qövmləri) bu yerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğ verəkmi?»”
Nöqtələr
"Xərac” torpaqdan xaric olan şeyə deyilir. "Xərc” isə maldan xaric olan şeydir.
Təfsirçilər və tarixçilər mövcud əlamətlərə istinad edərək bildirirlər ki, Yəcuc və Məcuc həmin monqol-tatar qəbilələridir.
Bir rəvayətdə nəql olunur ki, Əmirəlmöminin Əli (ə) buyurmuşdur: "Zül-Qərneyn bir qövmlə rastlaşdı və ona dedilər: "Yəcuc və Məcuc qövmləri bu dağın arxasındadır. Onlar məhsul və meyvə yığımı zamanı hücum edib hər şeyi qarət edirlər. Sənin illik xərcini ödəsək, bizim üçün sədd yaradarsanmı?”(Bax: "Şuəra”. )
Bildirişlər
1. Xalq ehtiyac duyduğu sahəyə sərmayə yatırır. Hazırkı surənin 77-ci ayəsində bildirildi ki, insanlar iki peyğəmbərə bir tikə çörək vermədilər. Amma bu ayədə onlar böyük sərmayə qoymağa hazırlıqlarını elan edirlər.
2. Allahın övliyaları əmin-amanlıq yarada biləcək ən üstün şəxslərdir. Onlar xalqı çətinlikdən qurtarmaq imkanındadırlar.
3. Əmin-amanlığa olan ehtiyac məskən və libasa olan ehtiyacdan önəmlidir. (Günəş qarşısında kölgənəcəyi olmayanlar Zül-Qərneyndən asayiş istədilər.)
4. Bəşər cəmiyyətində asayiş məsələsi çox mühüm məsələdir. Bu səbəbdən də cəmiyyətdə asayişi pozanlar üçün ən ciddi cəza nəzərdə tutulur.
5. Fəsad törədənlərin həbsi caizdir.