Əsas məzmuna keç

Ən-Nisa surəsi - 108-ci Ayə

Surə 4
Ayə 108

Azərbaycan dilində tərcümə

Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (s">(Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.
Ən-Nisa surəsi , 108-ci ayə
Ən-Nisa surəsi 108-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 108-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 108

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Onlar öz xəyanətlərini) xalqdan gizlədirlər. Amma Allahdan gizlədə bilməzlər. Belə ki, Allah bəyənilməmiş sözlər danışdıqları vaxt onlarladır. Allah onların gördüyü işlərdən xəbərdardır.”
Bildirişlər
1. Məxfi gecə məclislərində fitnə hazırlamaq xain münafiqlərin iş üsullarıdır.
2. Allahın hüzuruna, bütün sözlərdən və işlərdən xəbərdar olmasına iman ən mühüm təqva amilidir.
3. Allah bizim əməllərimizi yaxından görür.
4. Danışıq da əməldəndir. Ayədə bəyənilməmiş danışıqlar qeyd olunsa da, əməllər də bu qəbildəndir.