NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Hər kəs günaha batsa, özünə ziyan etmişdir. Allah bilən və hikmət sahibidir.”
Nöqtələr
İlahi hədlərin pozulması olan günah qəlbin səfasını, ruhun təqvasını və ədaləti aradan götürür. Bu, ən böyük zərərdir. Bundan əlavə, varlıq nizamında və ilahi düzümdə xalqa zülmün nəticəsi gec ya tez zalımın özünə çatır.
Bildirişlər
1. Hər bir günah insanın ruhuna və canına birbaşa təsir göstərir.
2. İnsan məcbur deyil və azad şəkildə günaha batır.
3. Məqsədsiz əməl yox, günahla nəticələnən pis niyyət ruha mənfi təsir göstərir.
4. Günahın pis nəticəsini günahkara qaytarma səhv yox, hikmətli bir işdir.
5. Agahlıq və elm işin hikmətli olması şərtidir.