Əsas məzmuna keç

Ən-Nisa surəsi - 117-ci Ayə

Surə 4
Ayə 117

Azərbaycan dilində tərcümə

Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər.
Ən-Nisa surəsi , 117-ci ayə
Ən-Nisa surəsi 117-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 117-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 117

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"(Müşriklər) Allahın əvəzinə yalnız qadın məbudlara (Lat, Mənat, Üzza kimi qadın adları qoyulmuş bütlərə) üz tuturlar. Onlar azğın və tüğyançı şeytandan başqasını çağırmırlar.”

 

Nöqtələr
Əvvəlki ayədə müşriklərin zəlalət və azğınlıq içində olduğu bildirilirdi. Bu ayədə isə həmin azğınlığın səbəbi bütlərə pərəstiş və şeytana itaət göstərilir.
"İnasən” ayəsində qadın məbudlar dedikdə ya müşriklərin qadın adları ilə çağırdığı bütlər, ya da, müşriklərin əqidəsincə, Allahın qızları olan mələklər nəzərdə tutulur. "İnasən” dedikdə məbudların zəifliyi də nəzərdə tutula bilər. Çünki bütlərin pərəstiş səlahiyyətləri yox idi.
Bildirişlər
1. Qeyri-ilahi bütlər ya zəifdir, ya da tüğyançı.
2. Həqiqi məbuddan qaçan kəsin batil məbudlara və şeytana sığınmaqdan başqa yolu yoxdur.
3. Bütün azğın yollar şeytana itaət yoluna aparır.
4. Allahdan qeyri istənilən bir məbuda pərəstiş əslində şeytana pərəstişdir.