NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 133
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ey xalq,) əgər Allah istəsə, sizi aradan götürər və başqalarını gətirər. Allah bu işə qadirdir.”
Bildirişlər
1. Allahın kafirlərə möhlət verməsinin səbəbi Onun acizliyi yox, hikmətidir.
2. Malik olduğunuz imkan və mövqe daimi deyil. Nəyiniz varsa, Allahın iradəsinə bağlıdır. Özünüzə güvənməyin.