NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 136
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Allaha, Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və daha əvvəllər nazil olunmuş kitaba (gerçəkdən) iman gətirin. Hər kəs Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə və qiyamət gününə küfr etsə, həqiqətən, azmışdır. Uzun-uzadı bir azğınlıq!”
Nöqtələr
Ayə belə mənalandırıla bilər: Ey möminlər! Böyük addım atın, daha üstün dərəcələr əldə edin. İmanınızda həmişəlik möhkəm dayanın, ondan azca kənarlaşmayın.
İmanın dərəcələri vardır. Necə ki, başqa ayələrdə də bu məsələyə toxunulur: "Allah hidayət olunanların hidayətini artırır.” ("Muhəmməd”, 17) "Öz imanlarına iman artırsınlar.” ("Fəth”, 4)
Bildirişlər
1. Mömin çalışmalı, daha üstün iman mərtəbəsinə çatmalıdır.("Təfsire-Qummi”, c. 1, s. 31. )
2. Səmavi dinlər vahid hədəf və həqiqətə malikdir. Necə ki bir mədrəsənin siniflərinə bir müdir rəhbərlik edir.
3. Bütün peyğəmbər və səmavi kitablara iman zəruridir.