Əsas məzmuna keç

Ən-Nisa surəsi - 161-ci Ayə

Surə 4
Ayə 161

Azərbaycan dilində tərcümə

Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq.
Ən-Nisa surəsi , 161-ci ayə
Ən-Nisa surəsi 161-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 161-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 161

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlara qadağan edilmiş sələm aldıqlarına görə və xalqın malını haqsız olaraq yedikləri üçün (pak şeyləri onlara haram etdik) onlardan olan kafirlər üçün dərdli əzab hazırlamışıq.”
Nöqtələr
Tövratda "Sifre-təsniyə” kitabında, iyirmi üçüncü fəsil, on doqquzuncu və iyirminci cümlələrdə sələmin qadağa hökmü gəlmişdir.("Təfsire-Nümunə”. )
Bildirişlər
1. Sələmçilik zahirən gəlir mənbəyi olsa da, əslində məhrumiyyət və əzab səbəbidir.
2. Bütün səmavi dinlər insanlar arasındakı iqtisadi əlaqələrə, onların gəlir və çıxarının necəliyinə diqqətlidir.
3. Nə qədər ki, zülm, sələm və haram insanı küfrə aparıb çıxarmayıb, geriyə dönüş asandır. Bu sayaq günahlar küfr və əzab zəminəsidir.