Əsas məzmuna keç

Ən-Nisa surəsi - 164-cü Ayə

Surə 4
Ayə 164

Azərbaycan dilində tərcümə

Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
Ən-Nisa surəsi , 164-cü ayə
Ən-Nisa surəsi 164-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 164-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 163

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bundan qabaq əhvalatını sənin üçün danışdığımız peyğəmbərlərə və haqqında danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah Musa ilə danışdı, xüsusi bir danışıqla!”
Nöqtələr
Quran surələri arasında "Hud” və "Şuəra” surələrində peyğəmbərlərin əhvalatı daha ətraflı bəyan olunur.
Bütün peyğəmbərlər Allahın həmsöhbəti olsa da, bu arada həzrət Musa "kəlimullah” adlandırılmışdır. Uyğun adlandırmanın belə bir səbəbi ola bilər ki, həzrət Musa Fironla mübarizə və Bəni-İsrailin inadkarlığına dözümdə daha çox və ardıcıl şəkildə Allahla rabitədə olmuşdur. O daha çox bildiriş aldığından "kəlimullah” kimi yad edilmişdir.
Bildirişlər
1. Peyğəmbərlərin tarixi ilə tanışlıq o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələyə diqqət yetirir.
2. Peyğəmbərlərin sayı Quranda sadaladığından çoxdur.
3. Bütün tarixi dinləməyə nə ömür çatır, nə də buna ehtiyac var. Müəyyən həddə öyüd-nəsihət eşitmək zəruridir.
4. Bəzən Quranda bir hadisə bir neçə dəfə təkrarlanır. Bəzi hadisələrə isə, demək olar ki, toxunulmur. Məlum olur ki, Quran dastan yox, hidayət və tərbiyə kitabıdır.