NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 170
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey xalq! Həqiqətən, peyğəmbər sizin Allahınız tərəfindən haqla (Quranla) birgə gəlmişdir. İman gətirin, bu sizin üçün daha yaxşıdır. Əgər (naşükürlük edib küfrə uğrasanız bilin ki), göylərdə və yerdə nə varsa Allahındır. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Kitab əhli, hətta müşriklər bir peyğəmbərin zühuru intizarında idilər. Ona görə də ayədə rəsul sözü konkret şəkildə bəyan olunur. Yəni bu, intizarı çəkilən həmin peyğəmbərdir. O gəlmişdir, ona iman gətirin.
Bildirişlər
1. İslam bütün dünyanı dəvət edir. Bu din təkcə ərəb qövmünə aid deyil.
2. Peyğəmbərlərin dəvətinin genişlənməsi amili bu dəvətin haqq olmasıdır.
3. İman xalqın özü üçün faydalıdır. İnsan öz imanı ilə Allaha minnət qoymamalıdır. Əksinə, Allah bizi hidayət etdiyi üçün minnət qoymuşdur.
4. Xalqın nə küfrü Allaha ziyanlıdır, nə də imanı Allaha fayda verir.
5. Peyğəmbərlərin besəti və onların dəvətinin mahiyyəti ilahi elm və hikmətə əsaslanır.