NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey kitab verilmiş kəslər! Sizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Tövrat və İncilə) iman gətirin, nə qədər ki, çöhrələri məhv və kor edib arxalarına çevirməmişik, ya lənətimizə düçar etməmişik, necə ki, şənbə günü səhabələrini lənətə düçar etdik. Allahın əmri olasıdır.”
Nöqtələr
Çöhrələrin məhvi və çevrilməsi dedikdə, qəlblərin, sağlam fitrətlərin, əql və düşüncələrin səadət yolundan çıxarılması nəzərdə tutula bilər. Onlar ilahi ayələr qarşısında inadkarlıq göstərməklə, bir addım irəli getmək əvəzinə bir addım geri çəkilirlər. Beləcə, onların insani çöhrələri məsx və məhv olur. Çöhrələrin çevrilməsi onların məsx olmasına işarə ola bilər. Qiyamətdə surətlərin dəyişməsi də ehtimal olunan mənalardandır.
"Səbt əshabı” ("şənbə günü əshabı”) Allahın şənbə günləri balıq ovunu qadağan edən əmrinə qarşı çıxmış yəhudilərdir. Onlar hiylə işlədərək balıqları şənbə günü bağlı bir yerə salır və növbəti gün ovlayırdılar. Onlar Allahın qəzəbinə düçar oldular və çöhrələri meymun çöhrəsinə məsx oldu.("Əraf”, 163. )
Bildirişlər
1. İslam digər din ardıcıllarını ilahi dinə dəvət edir.
2. Allah daha çox cəmiyyətin alim və agah çöhrələrinə xitab edir.
3. Dəvət və təbliğ zamanı başqalarının etiqadlarına və müştərək xüsusiyyətlərinə hörmət qoyulmalıdır.
4. Bütün peyğəmbərlərin proqramlarının əsası bir-biri ilə həmahəngdir.
5. İnadkar insanlara qarşı hədələmə üsulundan istifadə olunmalıdır.
6. Hədələrin təsir etməsi üçün gerçək və əməli nümunələr xatırladılmalıdır.
7. İnadkarlara münasibətdə Allahın qəzəbi bir sünnədir.
8. Allahın hökmü dəyişməzdir.