Əsas məzmuna keç

Ən-Nisa surəsi - 56-cı Ayə

Surə 4
Ayə 56

Azərbaycan dilində tərcümə

Şübhəsiz, ayələrimizi (Qur’anı)(tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir.
Ən-Nisa surəsi , 56-cı ayə
Ən-Nisa surəsi 56-cı ayə
Tam Surə

Ən-Nisa surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
«Həqiqətən, tezliklə Bizim ayələrimizi inkar edənləri atəşə atacağıq. Bədənlərinin dəriləri nə qədər yansa, onun yerində başqa bir dəri qərar verərik ki, əzabı dadsın. Həqiqətən, Allah qüvvə və hikmət sahibidir.»
Nöqtələr
Onlar hər an inadkarlıq göstərdiklərindən hər an yeni bir dəri ilə əzabı dadmalıdırlar. Necə ki, "Təfsire-Safi”də deyilir: "İmamların dövründə din müxaliflərindən olan ibn Əbul-Əvca adlı biri İmam Sadiqdən (ə) soruşdu: "Yeni dərinin günahı nədir?” İmam buyurdu: "Yeni dəri əvvəlki dərinin yanıqlarından düzəlir. Necə ki, kərpic ovulduqdan sonra yenidən düzələ bilər.”
Bildirişlər
1. Kafirlərin cəzası daimidir.
2. Yeni dəri şiddətli əzabı dadmaq məqsədi ilə qərar verilir. (Çünki yanma zamanı ən böyük ağrı dəriyə aiddir. Əgər alov sümüyə çatsa ağrı azalar.)
3. Məad, ölümdən sonrakı həyat cismanidir.
4. Əzab davamlı olduğu üçün kafirlərə adiləşməz.
5. Kafirlərin daimi cəzalandırılması hikmətə əsaslanır. Heç bir qüvvə cəhənnəmdə Allahın qəzəbinin qarşısını ala bilməz.