NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yetkinliyə çatanadək yetimləri sınayın. Onlarda yetkinlik göründükdə mallarını özlərinə qaytarın. Onların malını yetkinləşmələrindən qorxaraq israf etməyin, tələsik sərf etməyin. Ehtiyacsız olan iffətini gözləsin (himayəyə görə haqq almasın), ehtiyaclı isə orta həddə yeyə bilər. Mallarını onlara qaytardıqda şahid tutun. (Bu şəhadət yetimlərin haqqını qorumaq üçündür. Yoxsa) Allah hesab çəkmək üçün yetər.”
Bildirişlər
Yetimlərin mallarının ödənmə qaydaları:
1. Yetimləri büluğ həddinə çatmamış iqtisadi inkişaf baxımından sınayıb onlara alış-veriş yolunu öyrədin.
2. Yetim öz himayəçisinin nəzarəti altında malını sərf edə bilər. Yetimin öz malını haminin nəzarəti altında sərf etməsi onun öyrədilməsi şərtidir.
3. Yetimin malının onun tam ixtiyarına verilməsi üçün cinsi yetkinlikdən əlavə iqtisadi və ictimai yetkinlik də lazımdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Yetimdə inkişaf görünməsi o deməkdir ki, yetim öz malını qorumağa hazır olsun.”("Mən la yəhzuruhul-fəqih”, c. 4, s.223. )
4. Hansısa güman və ehtimalla yetimə malını sərf etmək icazəsi verilməməlidir. Yetimin inkişaf etməsinə əminlik olmalıdır.
5. Mülkiyyət haqqında sərf etmə hüququ olmaya da bilər. Yetim öz malının sahibidir. Amma nə qədər ki, inkişaf etməyib, malını sərf etməkdə azad deyil.
6. İmkanlı insanlar cəmiyyətə umacaqsız xidmət edir.
7. Haqq alarkən orta həddi gözləmək lazımdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Orta hədd dedikdə aclığın aradan götürüləcəyi hədd nəzərdə tutulur.”("Kafi”, c. 5, səh. 130. )
8. Həm yetimlərin malını hifz edin, həm də şahid tutmaqla mülkü ixtilafların və böhtanların qarşısını alın.
9. Xalqın şahidliyi dünya izzətinin Allahın şahidliyi isə axirət izzətinin, hifzi üçündür.
10. Cəmiyyətdəki şahidlik çəkişmələrə son qoyur. Qiyamət hesabı isə öz yerindədir.