Əl-Qəsəs surəsi - 45-ci Ayə
Azərbaycan dilində tərcümə
Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
Əl-Qəsəs surəsi 45-ci Ayəsinin Təfsirləri
📖
Təfsir tapılmadı
Bu ayə üçün hələ təfsir əlavə edilməyib. İlk təfsiri siz yaza bilərsiniz.