Əsas məzmuna keç

Əl-Qəsəs ‏ surəsi - 76-cı Ayə

Surə 28
Ayə 76

Azərbaycan dilində tərcümə

Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
Əl-Qəsəs ‏ surəsi , 76-cı ayə
Əl-Qəsəs ‏ surəsi 76-cı ayə
Tam Surə