NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Məgər Rəbbin tərəfindən sənə nazil olanın haqq olduğunu bilənlə görməyən kəs eynidirmi? Həqiqətən, yalnız düşüncə sahibləri öyüd götürür.”
Nöqtələr
Ötən ayədə peyğəmbərlərin həyatverici dəvətini qəbul edənlər haqqında danışıldı. Bu və bundan sonrakı ayələrdə dəvəti qəbul etməyin təsirlərinə işarə olunur.
İnsanda fitrət, əql, elmi beyni (mərkəzi) var. Bəzən adət-ənənə, xurafat və nəfs istəkləri bu mərkəzin üstünə pərdə çəkir. Bu səbəbdən də insan daim adı çəkilən mərkəzlərə diqqətli olmalıdır.
QURANDA DÜŞÜNCƏ SAHİBLƏRİNİN SİMASİ
"Ulul-əlbab” (düşüncə sahibləri) ifadəsi Quranda 16 dəfə, müxtəlif vəsflərlə bəyan olunmuşdur. O cümlədən:
1. Hökmlərin əsrarını anlayarlar;
2. Gələcəyi nəzərə alarlar;
3. Dünyanı dayanacaq yox, keçid sayarlar;
4. Tarixdən ibrət götürərlər;
5. Yetərli məntiqi qəbul edərlər;
6. Gecə namazı və ibadət əhlidirlər.
Bildirişlər
1. Quran həqiqətdən xəbərsiz insanı kor sayır.
2. Cin insan fitrətinə uyğundur. Qəfləti aradan qaldırmaq üçün yalnız xəbərdarlıq lazımdır.
3. İnsanı səmavi kitabın həqiqətinə yetirməyən ağıl ağıl deyil.
4. Faydalı elm düşüncə və zikr məhsuludur.
5. Sağlam ağıl və saf fitrət əldə etmək üçün günah və qəflətdən qurtulmaq lazımdır.