NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Görən, hər kəsə, onun əməlinə hakim və nəzarətçi olan (ibadətə layiqdir, yoxsa qurama bütlər?) Onlar Allaha şəriklər qoşdular. De ki, onların adını çəkin. Allaha yer üzündə Onun tanımadığı şəriklərdənmi xəbər verirsiniz? Yoxsa boş sözlər (danışırsınız?) Ola bilsin ki, küfr edənlər üçün onların məkrləri zinətli göstərilmişdir və (haqq) yoldan uzaqlaşdırılmışlar. Allahın azdırdığı kəs üçün heç bir yol göstərən yoxdur.”
Nöqtələr
"Allah Qaimdir” dedikdə Onun bütün işlərə müdiriyyəti, təminatçılığı, mühafizəsi, nəzarəti, qeydiyyatçılığı nəzərdə tutulur.
Bildirişlər
1. Allah suallar vasitəsi ilə insanın ağıl və fitrətini mühakiməyə çağırır. Çünki ağıl və fitrət şirkə uyğun deyil.
2. Alim, vahid və qəyyum olan Allahdan uzaq düşən kəs şirk və çoxallahlıq girdabına yuvarlanır.
3. Bütpərəstlik və şirk o qədər əsassız və məntiqsizdir ki, uydurulmuş məbudların ad və xüsusiyyətlərini açıqlamaq olmur.
4. Ola bilsin ki, müşriklər də bütləri qəlbən qəbul etmirlər.
5. Şirk də bir növ küfrdür.
6. Azğınlıqların cilvələndiyi insan haqq və tərbiyə yolundan uzaq düşür.
7. Öz plan və tədbirlərimizlə qürrələnməyək.