NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah hər bir dişinin (qarnında) daşıdığını, bətnlərin cəzb etdiyini (nütfə kimi), onların artırdıqlarını (cəzb mərhələsindən sonra) bilir. Onun yanında hər şeyin miqdar və ölçüsü var.”
Nöqtələr
Bu ayədə öncə Allahın hər bir dişinin daşıdığından xəbərdarlığı bəyan olunur. Sonra bətnlərə malik olan mövcudlara işarə edilir.
"Ğəyz” dedikdə (nütfəni) udmaq mənası başa düşülür. Yəni Allah bətnin özünə cəzb etdiyi, orada dəyişikliyə uğrayan, inkişaf edib artan sudan agahdır.
Bildirişlər
1. Allah bütün mövcudların bətnində olandan xəbərdardır.
2. Allahın elmi cüzi məsələləri də əhatə edir. (O, bətndəkinin irqindən, sifətindən, istedadlarından, formasından və cinsindən agahdır.)
3. Körpənin təkamül və ya tənəzzülündə bətnin mühüm rolu var.
4.Mövcudların yaranış nizamı miqdar və ölçü əsasında dəqiqdir.
(Əgər hamiləlik müddəti az və ya çox olarsa, körpə vaxtından əvvəl düşərsə və ya əkiz olarsa, körpədə eybəcərlik olarsa, bütün bu əyər-əskikliklər hesabsız və təsadüfi deyil.)