Əsas məzmuna keç

Ət-Talaq surəsi - 1-ci Ayə

Surə 65
Ayə 1

Azərbaycan dilində tərcümə

Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin.
Ət-Talaq surəsi , 1-ci ayə
Ət-Talaq surəsi 1-ci ayə
Tam Surə

Ət-Talaq surəsi 1-ci Ayəsinin Təfsirləri

📖

Təfsir tapılmadı

Bu ayə üçün hələ təfsir əlavə edilməyib. İlk təfsiri siz yaza bilərsiniz.