NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ərəblərdən) bir başqaları da var ki, öz günahlarını etiraf etmişlər. Onlar yaxşı işi pis işə qarışdırmışlar. Ümid var ki, Allah onların tövbəsini qəbul etsin (Öz lütfünü onlara qaytarsın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Peyğəmbərin (s) tərəfdarlarından bir neçəsi Təbuk döyüşündə iştirak etməkdən boyun qaçırdı. Onları buna sövq edən nifaq yox, dünyaya bağlılıq idi. Məzəmmət dolu ayələr nazil olduqdan sonra belələri peşman oldular və tövbə nişanəsi olaraq özlərini məscidin sütununa bağladılar. Nəhayət, Allah onların tövbəsini qəbul etdi və həzrət Peyğəmbər (s) onları sütunlardan açdı.
Bildirişlər
1. Peyğəmbərin səhabələri arasında ədaləti gözləməyənlər də olub. Hətta bəziləri pis işlərə də yol verib.
2. İnsan özündə zəif
Nöqtələr
i görməli, nöqsanlarını nəzərdən qaçırmamalıdır.3. Günahın etirafı, insanın özünü tənqid etməsi, eləcə də saleh işlər Allahın bağışlaması üçün zəmin yaradır.
4. Allah bağışlamaq vəd etsə də, insan qorxu və ümid içində olmalıdır.
5. Peşman olmuş xətakar ümidə ehtiyaclıdır. İslamın ağuşu ona açıqdır.