Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 2-ci Ayə

Surə 9
Ayə 2

Azərbaycan dilində tərcümə

Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.
Ət-Tövbə surəsi , 2-ci ayə
Ət-Tövbə surəsi 2-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 2-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 2

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ey müşriklər,) yer üzündə (azad) dolanmağınız üçün dörd ay möhlətiniz var və bilin ki, Allahı məğlub edə bilməzsiniz. Allah kafirləri zəlil edəndir.”
Nöqtələr
Bəraət zilhiccəayının onuncu günü (Qurban bayramı) elan olundu. Demək, dörd ay möhlət rəbius-sani ayının 10-da başa çatdı. 
Rəvayətlərə əsasən 4 ay möhlət öncədən peyman bağlamayanlara aid idi. Peyman bağlanmış insanlara isə həmin peymanda nəzərdə tutulmuş vaxta qədər möhlət verilmişdi. Bu müddət 4 aydan az və ya çox ola bilərdi.
Bildirişlər
1. Müqaviləni pozduqdan sonra düşmənə düşünmək üçün möhlət verin. (Tarixi mənbələrdə bildirilir ki, həmin dörd ay möhlət zamanı müşriklərin çoxu İslamı qəbul etdi.)
2. İqtidarda olduğunuz vaxt elan etməmiş hücuma keçməyin.
3. İslamı qəbul etmək istəməyənlər bilməlidirlər ki, haraya getsələr, Allahın hakimiyyətindən qaça bilməyəcəklər.
4. İslamla döyüş Allahla savaşdır.
5. İlahi sünnə, qayda budur ki, haqqa qayıdış imkanını əldən verdikdə insan bədbəxt olur.