Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 20-cu Ayə

Surə 9
Ayə 20

Azərbaycan dilində tərcümə

İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.
Ət-Tövbə surəsi , 20-cu ayə
Ət-Tövbə surəsi 20-cu ayə
Tam Surə

Ət-Tövbə surəsi 20-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 20

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"İman gətirib hicrət edənlər, malı və canı ilə Allah yolunda cihad edənlər Allah yanında ən böyük dərəcəyə malikdirlər. Onlar həmin nicat tapanlardır.”
Bildirişlər
1. İman, hicrət, cihad və təqva bütün dəyərlərin başında dayanır.
2. Əgər xalq üçün dəyər ölçüsü qohumluq əlaqələridirsə, Allah hesabında bu ölçü iman, hicrət və cihaddır. (Əgər bütün müsəlmanlar və Peyğəmbər (s) səhabələri bir cərgədə düzülsələr, Həzrət Əlinin (ə) ilkin iman gətirməsi, cəbhədə daha çox olub, daha çox zərbə alması aşkar olar.)
3. İman digər kamilliklər üçün şərtdir.
4. Bütün müqəddəs işlərin dəyəri insanın niyyətindən asılıdır.
5. Qurtuluş yalnız iman, hicrət və cihad sayəsində əldə olunur.