Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 57-ci Ayə

Surə 9
Ayə 57

Azərbaycan dilində tərcümə

Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar).
Ət-Tövbə surəsi , 57-ci ayə
Ət-Tövbə surəsi 57-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər (münafiqlər) sığınacaq, mağara və ya qaçmağa yol tapsaydılar, şübhəsiz ki, tələsik ora üz tutardılar.”
Nöqtələr
"Məlcə” sığınacaq, "məğarat” mağaralar, "muddəxəl” gizli, yeraltı yol mənasını bildirir. Qarşısı alınmayan tələsik hərəkət "yəcməhun”, dəlisov at "cəmuh” kimi ifadə olunur.
Münafiqlər ya qorxudan, ya da tamahdan "müsəlmanam” deyirlər. Ayə birinci halı nəzərdə tutur.” 
Bildirişlər
1. Münafiq mövcud vəziyyətdən qaçmaq üçün fürsət sorağındadır.
2. Münafiqlərdə İslam cəmiyyətindəki mühitə dözüm yoxdur. (Münafiqlər avara həyat tərzi keçirir və müsəlmanlarla birlikdə yaşamaq onlar üçün dözülməzdir.)
3. Var-dövləti və ailə-övladı olduğu halda İslam həyat tərzindən sıxılmaq münafiqlərin dünyəvi əzab nümunələrindəndir.
4. Münafiqlər möminlərlə dava-dalaşda itidirlər.