NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Səbəbsiz) üzr və bəhanə gətirməyin. Həqiqətən, siz iman gətirdikdən sonra kafir oldunuz. Əgər sizdən bir dəstəsini bağışlasaq, başqa bir dəstənizi keçmiş günahlarına görə cəzalandırarıq.”
Nöqtələr
Hansı münafiqlərin bağışlana biləcəyi barədə müəyyən
Bildirişlər
var: tövbə edənlər ; istehza edənlərin yanında olsalar da, bu işə rəhbərlik edənlərdən sayılmayanlar ; bağışlanması məsləhət olanlar ; qısa bir müddət yolunu azıb köklü və davamlı günaha batmayanlar.Bildirişlər
1. Yalançıların və məsxərə edənlərin üzrü bəzən qəbul olmur.
2. Mürtədlik səbəbindən üzr qəbul olunmur.
3. Bugünkü imanımıza görə qürrələnməyək. Çünki daim pis aqibət təhlükəsi var.
4. Allah, Onun peyğəmbəri və ilahi ayələrə istehza küfrdür.
5. Münafiq əslində kafirdir.
6. Müxalifləri və münafiqləri hədələyərkən bütün yolları bağlamayaq.
7. Bəzi münafiqlər tövbə etsələr, bağışlana bilərlər. (Nifaqın da dərəcələri var.)
8. Münafiqlər keçmiş küfr və günahlarına görə cəzalandırılırlar.