NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Siz münafiqlərin halı) sizdən əvvəlkilərinki kimidir. (Halbuki) onlar sizdən daha güclü, daha varlı idilər və daha çox övladları vardı. Onlar öz paylarını aldılar. Siz də özünüzdən əvvəlkilər kimi bəhrələndiniz. (Öz batil yolunuzda) itib-batdınız. Onların əməlləri dünya və axirətdə puça çıxdı, onlar həmin ziyankarlardırlar.”
Nöqtələr
Ayədəki "xəlaq” sözü "mütləq bəhrə” mənasını bildirir. Halbuki bu sözün lüğət mənası əxlaq, insanın əldə etdiyi səciyyələrdir.
Dünyada əməllərin puça çıxması deyərkən, münafiqlərin iç üzünün açılması, yaxşı işlərinin dəyərdən düşməsi nəzərdə tutula bilər.
Bildirişlər
1. Ümmətlərin tarixi və taleyi bir-birinə oxşardır.
2. Küfr və nifaq yolu həmişə olmuşdur və ilahi sünnə də eyni deyil.
3. Hərbi, iqtisadi və canlı qüvvə ilahi qəzəbə mane ola bilməz.
4. Münafiqlər, kafirlər öz güclərinə, mal-dövlətlərinə və övladlarına güvənirlər.
5. Dünyəvi manafelərdən bəhrələnmək üçün iman şərt deyil, kafirlərin və münafiqlərin də payı var.
6. Dünyəvi ləzzətlər ötəridir.
7. Peyğəmbər müxaliflərinin dünyadan bəhrələnməsi onların xasiyyət və səylərindən asılıdır.
8. Bütün ləzzətləri və nemətləri ilahi lütf saymaq olmaz.
9. Allah-təala dünyada azğınlar üçün də pay ayırmışdır. Axirətdə isə onların əli boşdur.
10. Fəsad etmək və dinlə döyüşə qalxmaq süqut amilidir. Hər bir günahdan sonra tövbə və haqqa qayıdış insanı xilas edə bilər.
11. Küfr və nifaq xeyir əməli puça çıxarır.