Əsas məzmuna keç

Yunus surəsi - 12-cü Ayə

Surə 10
Ayə 12

Azərbaycan dilində tərcümə

İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstə yatanda, oturanda, ayaq üstə – (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik və ziyanı ondan götürürük Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir.
Yunus surəsi , 12-cü ayə
Yunus surəsi 12-cü ayə
Tam Surə

Yunus surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Böyrü üstdə yatdığı, oturduğu və ya durduğu halda insana bir zərər yetişdikdə Bizi çağırar. Amma elə ki, zərəri ondan uzaqlaşdırdıq, yolunu elə gedər ki, sanki heç vaxt düşdüyü çətinliyə görə Bizi çağırmamışdır. İsrafçılara öz əməlləri bu sayaq gözəl görünür.”
Nöqtələr
Allah-təala insanın naşükürlüyündən dəfələrlə söz açmışdır. İnsan çətinliyə düşdüyü vaxt Allahı çağırır, müşkülü həll olduqdan sonra isə Onu yaddan çıxarır.
Bildirişlər
1. İnsan ruhunun dərinliyində Allaha iman mayası vardır. Acı hadisələr Allah sorağında olan vicdan və fitrəti oyadır.
2. Mövsümi, arabir dua edənlər məzəmmət olunur və onların işi dəyərsizdir.
3. Bütün hallarda dua etmək olar: ayaq üstə, oturaq və ya uzanmış vəziyyətdə.
4. Səmimi dua çətinlikləri aradan qaldırır.
5. Rifah, firavanlıq qəflət zəminidir.
6. İnsan naşükürdür.
7. Maddi həyat Allahı unudanların nəzərində gözəl cilvələnir.
8. Allahın lütflərini yaddan çıxarmaq bir növ israfdır.
9. Rahatlıqda Allahı unudub çətinliyə düşdükdə dua edən kəs israfçıdır.
10. Rifah içində yaşayanlar özlərindən razıdırlar.