Əsas məzmuna keç

Yunus surəsi - 45-ci Ayə

Surə 10
Ayə 45

Azərbaycan dilində tərcümə

(yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər.
Yunus surəsi , 45-ci ayə
Yunus surəsi 45-ci ayə
Tam Surə

Yunus surəsi 45-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 45

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah onları bir yerə toplayacağı gün elə görünər ki, (dünyada və ya Bərzəxdə) bir saatdan artıq qalmamışlar. Həmin gün bir-birlərini tanıyarlar. Şübhəsiz, Allahla görüşü təkzib edənlər ziyankar oldular və heç vaxt hidayət olmamışlar.”
Nöqtələr
Qiyamət günü o qədər əzəmətlidir ki, ondan öncəki həyat olduqca qısa görünür. Bu həqiqət digər ayələrdə də bəyan olunmuşdur: "Sanki dünya və ya bərzəxdə bir gecədən artıq olmamışdılar.” ; "Güman edərsiniz ki, qiyamətdən öncə qısa bir müddət olmusunuz.” ; "On gündən artıq sakin olmadığınızı düşünərsiniz.” ; Dünya və ya Bərzəxdə bir gün və ya yarısı qədər olduğunuzu düşünərsiniz.” ; "Düşünərsiniz ki, bir saatdan artıq olmamısınız.” 
Dünya həyatının qısa görünməsinin səbəbi ya onun ötəriliyi, ya fürsətlərdən istifadə edilməməsi, ya axirətlə müqayisə, ya da insanların Bərzəxdə yuxuda olmasıdır. Onlar oyandıqdan sonra qısa bir müddətin ötdüyünü zənn edirlər.
Hər halda, həm axirətə münasibətdə dünya malı cüzidir, həm də zaman. İnsana elə gəlir ki, bir saatdan çox ötməmişdir.
Bildirişlər
1. Dünya həyatı qiyamət günü ilə müqayisədə çox qısadır.
2. Qiyamətdə insanlar bir-birlərini tanıyarlar.
3. Gerçək ziyankar o kəslərdir ki, qiyaməti inkar etməklə, əbədi axirət nemətlərindən məhrum olurlar. Belələri yalnız dünya ləzzətlərindən bəhrələndikləri halda, möminlər həm dünya nemətlərindən ləzzət alırlar, həm də axirət nemətlərindən.