NUR TƏFSİRİ: Yunus surəsi / ayə 59
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, gördünüzmü, Allah sizin üçün nə ruzi nazil etdisə, (özbaşına) bəzisini haram, bəzisini halal etdiniz? De ki, Allah sizə icazə vermişdi, yoxsa iftira qoşursunuz?”
Nöqtələr
Müşriklərin əsassız qadağalarının nümunələri "Maidə” surəsinin 103-cü ayəsində bəyan olunmuşdur: onlar əkinlərindən bütlər və bütkədələr üçün pay qərar verib, bunu özlərinə haram edirdilər. Ya da heyvanların qarnında olanları kişilərə halal, qadınlara haram bilirdilər.” "Ənam” surəsinin 139-cu ayəsində isə belə buyurulur: "Amma Quran bütün bunları Allaha qarşı iftira sayır.
Bildirişlər
1. Qidalara münasibətdə əsas və ümumi qanun onların halal olmasıdır. Yəni bir şeyin haramlığı vəhy yolu ilə sübuta yetməmişsə, halaldır.
2. Ruzi Allah tərəfindən nazil olur.
3. Dini hökmlərdən, şəriətdən qabağa keçmək, Allahın haram buyurduğunu halal, halal buyurduğunu haram saymaq olmaz.
4. Şəriət və qanunçuluq Allaha məxsusdur.
5. Şəri hakimiyyət həvalə olunmuş, "təşrii vilayətə” malik olan kəslər Allahın izni ilə nələrisə halal, nələrisə haram edə bilərlər.
6. Dinə uyuşmayan, bidətli qanun hazırlayıb onu Allaha aid etmək günahdır.
7. Quran Allah tərəfindən icazə verilməmiş və vəhy kökü olmayan yanlış adət və ənənələri məhkum edir.