NUR TƏFSİRİ: Yunus surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
|
"İman gətirənlər və təqva yolunu tutanlar (üçün qorxu yoxdur)”
|
|
|
|
Nöqtələr
Bu ayələr övliyaların xüsusiyyətlərini sadalayır. Onların şüarı Allah qorxusudur. Bu qorxunun nəticəsi təqvadır. Təqvanın səmərəsi isə hesab qorxusundan qurtuluşdur.
Övliyaların uyğun qorxudan uzaqlığı həm dünya, həm də axirətə aiddir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah övliyalarının sükutu zikr, baxışı ibrət, sözü hikmət, cəmiyyətdəki hərəkəti bərəkət qaynağıdır.”
Həzrət Əli (ə) buyurmuşdur: "Allah Öz vəlisini xalq arasında gizləmişdir, belə isə heç vaxt bir müsəlmanı təhqir etməyin, o, Allahın övliyalarından ola bilər.”
Bildirişlər
1. Kim Allahın vəlisidirsə ("vəliyy”-hami), Allah da onun vəlisidir.
2. Qəlbində Allah qorxusu olan üçün başqa qorxu yoxdur.
3. Allah övliyalarının işıqlı, qorxusuz və kədərsiz gələcəkləri var.
4. İman və təqva Allah övliyalarının köklü xüsusiyyətidir.
5. Daimi iman və təqva həm nigarançılığı aradan qaldırır, həm də insanı Allahın övliyası qərar verir.