NUR TƏFSİRİ: Yunus surəsi / ayə 83
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Başlanğıcda) Musa qövmünün övladları kiçik bir qrup istisna olmaqla ona iman gətirmədilər. O da elə bir halda idi ki, onlar Firon və onun əyanlarından, onların işgəncə verməsindən qorxurdular. Çünki Firon həmin yerdə üstün idi və həddi aşmışdı.”
Nöqtələr
"Amənə bihi” "iman”, "aməna ləhu” "təslim” mənasını bildirir.
Bildirişlər
1. İman təslimçilik və itaətlə müşayiət olunmalıdır.
2. Gənclərdə düşüncə intibahı və haqqa meyl üçün zəmin daha güclüdür. Çünki onların qəlbi pakdır və dünyaya bir o qədər də bağlı deyillər.
3. Xalqın doğru yola dəvətində çətinlik çəkən və fərdlərin iman gətirməməsinə şahid olan təkcə İslam Peyğəmbəri (s) deyil.
4. Bəzən yaşlılar xətaya yol verir, gənclər isə haqqa üz tuturlar.
5. Mömin gənclər Firondan əlavə, öz qövmlərinin mühafizəkar və qorxaq əyanlarından da çəkinirdilər.
6. Firon hakimiyyəti insanların qəlb imanına mane ola bilməz.
7. Möhkəm imanı pis mühit, əxlaqsız quruluş, qeyri-sağlam təbliğat süstləşdirə bilmir.
8. Sıxma-boğma fironçu hakimiyyətin xüsusiyyətidir.
9. Fironçu nizam işgəncəyə önəm verir.
10. Fəsadın kökü insandakı üstünlük tələbidir.
11. İsrafçı quruluş fironçudur.