Əsas məzmuna keç

Yunus surəsi - 9-cu Ayə

Surə 10
Ayə 9

Azərbaycan dilində tərcümə

Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.
Yunus surəsi , 9-cu ayə
Yunus surəsi 9-cu ayə
Tam Surə

Yunus surəsi 9-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 9

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Şübhəsiz, iman gətirib saleh iş görənlərin Rəbbi onları imanlarına xatir hidayət edər. Onlar altından çaylar axan nemət dolu bağlarda sakin olarlar.”
Nöqtələr
Hədisdə deyilir: "Qiyamətdə qəbrindən qalxdığı vaxt insanın saleh əməlləri nurani surətdə mücəssəm olub onu behiştə yönəldər.” 
İlahi hidayət davamlı cərəyandır. Möminlərin hidayəti hər an artırılır. Onlar aşırımlardan qorunurlar, çıxılmaz vəziyyətdə üzlərinə qapı açılır.  Möminlər üçün yol işıqlandırılır.  İşlərindən düyün açılır.  Hər yerdə təmin olunurlar.  Qiyamətdə isə behiştə yönəldilirlər. 
"Yəhdihim” təbirinin ünvanları müəyyənləşdirilmədiyindən bu təbir bütün cəhətləri əhatə edir.
Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. Mömin hidayət əldə etmişsə də, daim buna ehtiyaclıdır. Allahın rəsulu və məsum imamlar da daim "bizi doğru yola hidayət et” demişlər.
3. İlahi hidayət üçün özümüz zəmin yaratmalıyıq.
4. İman və əməl arasında iman mehvərdir.
5. Allah-təalanın möminləri hidayət etməsi mütləq və əhatəlidir.
6. Allahın rübubiyyəti Onun daim möminlərə əl tutmasına səbəb olur.
7. Behişt çayları nəinki ağacların, hətta behişt evlərinin də altından axır.