Əsas məzmuna keç

Yusif surəsi - 103-cü Ayə

Surə 12
Ayə 103

Azərbaycan dilində tərcümə

İnsanların çoxu sən (onların iman gətirmələrini) çox istəsən də iman gətirən deyildirlər.
Yusif surəsi , 103-cü ayə
Yusif surəsi 103-cü ayə
Tam Surə

Yusif surəsi 103-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 103

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ey peyğəmbər,) sən çox istəsən də insanların çoxu iman gətirən deyil.”
Nöqtələr
"Hirs” dedikdə bir şeyi çox istəmək və onu ələ gətirmək üçün səy nəzərdə tutulur.
Bildirişlər
1. Dəfələrlə xalqın əksəriyyəti dini etiqad baxımından Quran tərəfindən tənqid olunmuşdur.
2. Peyğəmbərlər insanların hidayəti üçün canıyananlıq, iştiyaq göstərmişlər.
3. Hərisliyin müsbət yönümü də var. (Peyğəmbər insanların iman gətirməsinə hərislik göstərirdi.)
4. Xalqın əksəriyyətinin anlaqsızlığı və iman gətirməməsi dinin təbliğinə və haqqın bəyanına mane ola bilməz.
5. Xalqın əksəriyyətinin iman gətirməməsi peyğəmbərlərin yox, iman gətirmək istəməyənlərin təqsirindəndir.