NUR TƏFSİRİ: Yusif surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yusifin köynəyini yalandan qana batırıb (atalarının yanına) gətirdilər. (Ata) dedi: "Belə deyil, nəfsiniz sizə pis işi bəzəmişdir. Gözəl və yaxşı səbir lazımdır. Dediklərinizlə bağlı Allahın yardımını istəyirəm.”
Nöqtələr
Sual: İlahi müqəddərat qarşısında səbir gözəldir. Amma uşağa zülm qarşısında səbri Yəqub "səbri-cəmil” adlandırır. Bu necə izah olunlur?
Cavab: Əvvəla, Yəqub Yusifin sağ olduğunu vəhy vasitəsi ilə bildi. İkincisi, əgər Yəqub övladlarının şübhəsini artırsaydı, onlar Yusifi qoyduqları yerə qayıdıb onu öldürərdilər. Üçüncüsü, hətta zalımların da üzünə tövbə qapısını birdəfəlik bağlamaq olmaz.
Bildirişlər
1. Qurğulara qarşı diqqətli olaq.
2. Məzlum görkəmi qurğu ola bilər. (Yəqub qanlı köynək qurğusuna aldanmadı. O "aman sizin nəfsinizin əlindən” söylədi.)
3. Şeytan və azğın nəfs günahı insana gözəl göstərir, ona don geyindirir.
4. Yəqub bilirdi ki, Yusifi canavar yeməyib. Ona görə də Yusifin cəsədini tələb etmədi.
5. Hadisələrin iki çöhrəsi var: Bəla və çətinlik, səbir və gözəllik.
6. İlahi peyğəmbərlər hadisələrlə üzləşdikdə ən gözəl şəkildə reaksiya göstərirlər.
7. Hadisələrlə qarşılaşdıqda səbir və gücdən əlavə, ilahi yardımlara da ehtiyac var.
8. Səbirli olmaq üçün Allahdan yardım diləmək lazımdır.
9. Ən gözəl fəzl odur ki, ürək yanıb gözdən yaş axsa da, Allah yaddan çıxmasın.
10. Qardaşın qardaşa qarşı qurğusuna dözmək çətindir. Belə bir hadisə ilə qarşılaşdıqda səbir üçün Allahdan yardım diləmək lazımdır.
11. Həzrət Yəqub öz sözləri ilə övladlarına anlatdı ki, onların iddiası inanılası deyil.